#tüm revolution başlıkları

yavuz 'şahsiyet' dizisinde rol alan polis karakterlerinden birisidir. karakterin dikkat çekici yanı yavuz'un; yani gerçek adı ile söylesek fırat topkorur'un dizi boyunca hep kolunda bulundurduğu bilekliğin interrail bileklikerinden biri olmasıdır.
mütevazi, samimi, rahat kişiliği ve kendine has fikirleri ile çoğumuzun gönlüne yol açan oyuncu, tiyatrocu. Türkiyenin en kafa adamları hakkında düşününce aklıma gelen ilk ünlü isimlerdendir. aynı zamanda bir kaç gezgin arkadaşın anlattığı kadarıyla otostop çekerken duran bir arabanın arkasından koşup vardıklarında pencereden arabanın içine doğru eğilerken direksiyon arkasında kendisini görmüşler.
Statistik açıklamalara istinaden bir çok sımsıcak ilerleyen kaya sertliği misali ilişkilerde ilk çatlamaya neden olan hadise olup, ilişkisini bitirmek istemeğenlere şiddetle tavsiye edilmiyor.
Avtostopla neçə min kilometr gəzdiyimi, neçə min maşına mindiyimi, neçə insanla tanış olduğumu dəqiq bilmirəm. Başıma say-say bitməyən qədər əhvalatlar, maraqlı və gülməli hadisələr gəlib. Lakin ən maraqlı əhvalat keçən yay avtostopla çıxdığımız Azərbaycan turunda baş verib.
Deməli, Quba-Qusarı gəzib bitirdikdən sonra buraya qədər gəlmişkən Rusiyaya da keçib gəzmək qərarına gəldik. Tipimiz fərqli olduğu üçün hər kəs xarici, turist zənn edib maşını saxlayırdı. Biz də özümüzü Türkiyədə doğulub böyümüş azərbaycanlılar kimi təqdim edirdik. Yalandan deyirdik ki, blogumuz var, gəzdiyimiz gördüyümüz yerləri yazırıq, tanış olduğumuz insanlardan bəhs edirik, hər kəs oxuyur. Bunu eşidən 10 nəfərdən doqquzu əlindən gələn köməkliyi edirdi. Deməli, getdik çatdıq Rusiya sərhəddinə.
Rusiyaya keçənlər bilir ki, bir anket doldurursan, gedəcəyin şəhəri, qalacağın gün sayını və s. qeyd edirsən, bir üzü səndə qalır, digər üzü gömrükdə. Mən də rusca o an lazım olan bəzi sözləri bilmirəm deyə anketi ingiliscə doldurdum. Rusiya tərəfinə keçəndən sonra gömrükdəki rus işçi ingiliscə sıfır bilən biri çıxdı. Gedəcəyim yeri "Darband city" yazmağımı görüb başladı ''city" sözünün nə demək olduğunu soruşmağa. Güclə başa saldım ki, "qorod da ala, qorod." Bunlar bir az aralarında məni deyib güldülər. Yanımdakı yoldaş da digər passport yoxlama kabininə yaxınlaşıb, gömrük işçisi ilə dialoqundan az-maz eşitdiyim qədəri ilə o da mənim kimi o biri tərəfdə gücənirdi.
Xülasə, mən bir təhər keçdim Rusiya tərəfinə, əgər ora Rusiya demək olarsa.. Qapının yanında durub yoldaşı gözləyirəm. İki nəfər də rus qızı var, mənə baxıb aralarında nəsə danışırlar. Mənim haqqımda danışdıqlarını hiss etdiyimi başa düşüb mənə döndülər ki, bəs o tərəfdə sırğan sənin üçün problem ola bilər, çıxart, saçını da kepkan varsa tax, gizlət. Bunları yola verdim, gözlə ha gözlə, yanımdakı yoldaş yoxdur. Gördüm bir nəfər də keçid məntəqəsindən çıxdı gəlir, yerişindən bildim ki, bizimkilərdəndir. Yaxınlaşıb, soruşdum ki, içəridə sarı uzunsaçlı bir oğlan görmədiniz? Azəricə danışdığımı eşidəndən sonra iki aşağı, iki yuxarı süzüb, kinayəli şəkildə "Onu qaytardılar arxaya, sənədində problem çıxdı!" dedi. Yoldaşda da telefon yox.. Qaldım belə. Yəni, qayıdım arxaya?!
Girdim yenidən sərhəd keçid məntəqəsinə, bu dəfə də digər tərəfdəki gömrük işçisi deyir ki, bir az əvvəl keçmisən, niyə qayıdırsan? Güclə "moy druq" zad deyə-deyə vəziyyəti başa saldım, qayıtdım arxaya. Keçdim bizim tərəfə, gördüm yoldaş burda da yox. Muhafizəçilərdən soruşdum, dedilər ki, o keçdi Rusiya tərəfə. Lənət sənə kor allah, bu nə işdir başıma gəlir?!
Ərinmədim, getdim fırlandım, yenidən anketi doldurdum, keçdim Rusiya tərəfinə. Keçəndə artıq üçüncü dəfə keçid etdiyimi görüb bir otağa apardılar. Çantamı açıb tökdülər, qarışdırdılar. Axırda da rus qızların dediklərini deyib, ardına da "Səni təpikləyərlər!" əlavə edib buraxdı. Artıq gömrükdə hər kəs məni tanıyırdı. Adıma da "city" deyirdilər, gülürdülər. Güc-bəla keçdim yenidən Rusiya tərəfinə. Muhafizədən yoldaşı soruşdum, rusca içində "paşol" sözü keçən cümlə ilə onun Azərbaycana qayıtdığını dedi. Mən də həyətdə-bacada itə deyilir deyə elə bilirəm ki, "paşol" kobud sözdür, "rədd ol" deməkdir. Öz-özümə "Mənim yoldaş burada neyləyib ki, artıq rədd oldu zad deyirlər?!" fikirləşə-fikirləşə daha bir 15 dəqiqəlik sorğu-sual, axtarışdan sonra yenidən keçdim Azərbaycan tərəfinə.
Bu dəfə keçəndə daha yoldaş keçməmişdi, orda idi. Hind filmlərində iki sevgilinin slow motion çəkilişi ilə bir-birinə qaçışını xatırladan səhnəni canlandıraraq bir-birimizə qaçıb, qucaqlaşdıq. 45 dəqiqə ərzində Rusiyaya 2 dəfə giriş-çıxış etmiş oldum. "Rədd olsun Rusiya!" deyib üz tutduq Qusar tərəfə.
Kənddəki tualetimiz üçün darıxmışam. Günlərim keçib orada. Çox maraqlı xatirələrim var özü ilə. Piş taxtadan olan qapısı əvvəllər tam bağlanmırdı. İçəridən cəftəsi var idi. Gedəndə özümlə ip götürürdüm, bir ucunu cəftəyə bağlayırdım,digər ucunu əlimdə bərk-bərk tutub otururdum. Ki, kimsə gəlsə aça bilməsin. Sonralar bir mismarla bağlanmaması problemi həll edildi.
Gizli-gizli siqaret çəkdiyim ərəfələrdə hələ tüstünün qapının künclərindən və pəncərədən çölə çıxacağını və gizli əməlimin faş olacağını düşünə bilmirdim. Ən məşəqqətli tərəfi siqareti çəkəndən sonra içəridəki iyi təmizləmək idi. Evdə məndən başqa siqaret çəkən olmadığı üçün qoxu o dəqiqə hiss edilirdi.
Siqaret demişkən, bir dəfə evdə kimsə yox idi. Siqaret yandırdım, divanda oturub televizora baxa-baxa çəkdim. Yarısını da düşüb həyətdə gəzişə-gəzişə çəkdiyimdə özümü azadlığı ram etmiş fərd kimi hiss etmişdim.
Tualet həyətin küncündə, çöl hasara bitişik olduğundan və hasarın arxasından kəndin ən çox istifadə olunan yollarından biri keçdiyi üçün tualetdə könül rahatlığı ilə iş də görmək olmurdu. Yoldan biri keçər və eşidər deyə səs çıxmaması üçün proses boyunca özümü düyməli telefonların "diyes" düyməsini sıxmış kimi sıxıb saxlayırdım.
Galata kulesi civarında idrosantrik koku yaratılışına vesile olan, Galata kulesine dokunmak isteğenleri olduğunca yksek yerlere dokunmaya zorlayan, hangi kriterlere sahip olduğunu bana ciddi anlamda merak ettiren ve Halil Sezainin malum şarkı sözlerinde "Zat-i şahane" derken kast edildiğini düşündüğüm şahs.